İndoneziyada sel və daşqınlar nəticəsində 79 nəfər ölüb
Bakı, 18 mart, AZƏRTAC
İndoneziya Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatına görə, ölkənin iki bölgəsində şiddətli yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində 79 nəfər ölüb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, mərkəzin yaydığı mətbuat üçün açıqlamada təbii fəlakət nəticəsində həyatını itirənlərin 74 nəfəri Papua əyalətinin paytaxtı Jayapura sakinləridir. Məlumatda 43 nəfərin itkin düşdüyü, ümumilikdə 12 min insanın sel və daşqınlardan zərər çəkdiyi bildirilir.
Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.
Yanvar ayının sonunda da İndoneziyanın Sulavesi adasında şiddətli yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində 68 nəfər ölüb. Qeyd olunur ki, bu təbii fəlakət oktyabr və aprel aylarında daha çox baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]