İndoneziyada sürüşmə: 12 nəfər ölüb, 18 nəfər itkin düşüb
Pekin, 8 iyul, AZƏRTAC
İndoneziyanın Sulavesi adasında son günlər yağan şiddətli yağışlar qanunsuz fəaliyyət göstərən qızıl mədənində sürüşməyə səbəb olub. Nəticədə 12 nəfər ölüb, 18 nəfər itkin düşüb.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə iyulun 7-də Qorontalo əyalətində baş verib. Axtarış-xilasetmə işləri nəticəsində 5 nəfər xilas edilib. Ölən və itkin düşənlər arasında şaxtaçılarla yanaşı yerli sakinlər də var. Çünki sürüşmə nəticəsində ətrafdakı bir neçə ev də dağılıb.
Fövqəladə hallar departamentindən bildiriblər ki, aramsız yağış və yolların palçıq olması səbəbindən sürüşmə baş verən əraziyə avtomobillə yaxınlaşmaq mümkün deyil. Xilasedicilər hadisə yerinə çatmaq üçün təxminən 20 kilometr yolu piyada qət etməli olublar. Hazırda 164 nəfər xilasedici axtarış işləri aparır.
Səlahiyyətli qurumlar Qorontalo əyalətində şiddətli yağışların qarşıdakı günlərdə də davam edəcəyini, bu səbəbdən yeni sürüşmə və palçıq axını ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İndoneziyada mayda musson yağışları başlayandan bəri daşqın və torpaq sürüşmələri nəticəsində təxminən 70 nəfər ölüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]
Zelenski ilə Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [19:12]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [19:10]