İnformasiya-kommunikasiya texnologiyaları sektoruna 158.3 milyon manat investisiya yatırılıb
Bakı, 16 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə bu ilin birinci yarısında informasiya-kommunikasiya texnologiyaları sektoruna158.3 milyon manat investisiya yatırılıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan sərmayənin 2 faizini təşkil edir və ötən ilin 6 ayı ilə müqayisədə investisiyanın həcmi 2.5 dəfə çoxdur. Nazirlik üzrə infrastrukturun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və xidmətlərin keyfiyyətinin artırılması üzrə həyata keçirilən investisiya layihələri çərçivəsində 24 yeni elektron ATS istismara verilib, 3 ATS rekonstruksiya olunub, 29 ATS-də genişləndirmə işləri aparılıb. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 10 min 911 nömrə artırılaraq 1 milyon 855 min 211 nömrəyə, əsas telefon aparatlarının sayı 7 min 819 nömrə artırılaraq 1 493 134 nömrəyə çatdırılıb, 218.6 kilometr fiber-optik kabel çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]