İNFORMASİYA MƏDƏNİYYƏTİ PROBLEMİ MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransı universitetin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova açaraq, onun işinə uğurlar arzulamışdır.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq doktoru Ərtegin Salamzadə çıxış edərək demişdir ki, bu konfrans AMEA-nın Memarlıq və İncəsənət İnstitutu və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq barədə müqavilə çərçivəsində keçirilir. Müqavilədə elmi məlumat mübadiləsi, təcrübə və elmi konfransların keçirilməsi, magistrlərin təcrübədə iştirak etməsi və sair məsələlər nəzərdə tutulmuşdur.
Konfransda “İnformasiya mədəniyyətinin problem və perspektivləri”, “Mədəniyyətşünaslıq kontekstində informasiya mədəniyyəti haqqında”, “ Qafqaz Albaniyasının bütpərəst plastikası” və digər mövzularda məruzələr dinlənilmişdir.
Natiqlər informasiya mədəniyyətinin hazırkı vəziyyətindən, qloballaşma və mənəvi mədəniyyət problemlərindən ətraflı söhbət açmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]