İnformasiya Texnologiyaları İnstitutunun intellektual informasiya xidməti sistemi yenilənəcək
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının iclasında elektron kitabxana mərkəzinin 2019-cu il üzrə fəaliyyət planı təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə intellektual informasiya xidməti sistemində “Konfranslar” bölməsinin fəaliyyəti bərpa olunacaq, “Yeni nəşrlər” bölməsi yaradılacaq, institut əməkdaşlarının elmi fəaliyyətini qiymətləndirmək üçün antiplagiat xidməti təşkil ediləcək.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ölkədə vahid elektron kitabxanaların formalaşmasının milli vahid informasiya məkanının inkişafında mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Alim elektron kitabxanaların bütün ictimaiyyətə açıq olmasının, elektron kitabxana mərkəzinin fəaliyyətinin daha da intellektuallaşdırılmasının zəruriliyini vurğulayıb. Akademik milli elektron kitabxana resursları, ölkədə və dünyada bu sahədə mövcud vəziyyət, problemlərin tədqiqi və onların həlli yollarının araşdırılmasının vacibliyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:53]
15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir
- 12.06.2026 [12:41]
Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb
- 12.06.2026 [12:36]
“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb
- 12.06.2026 [12:23]
Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir
- 12.06.2026 [11:20]
Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb
- 12.06.2026 [10:34]
Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri
- 12.06.2026 [10:22]
Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir
- 12.06.2026 [10:19]