İnformasiya və rabitə xidmətlərinin dəyəri 12 faizdən çox artıb
Bakı, 17 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 188,7 milyon manatlıq xidmət göstərilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, göstərilən xidmətlərin 71,9 faizi əhali sektoruna aid olub.
Bu ilin yanvar-noyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 35,3 faizi və ya 1 milyard 125,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]