İngiltərə Premyer Liqasi: “Mançester Yunayted” “Vest Bronviç”a, “Arsenal” isə “Nyukasl”a məğlub olub
Bakı, 16 aprel, AZƏRTAC
İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında "Nyukasl" "Arsenal" klubunu qəbul edib.
"Ceyms Park" stadionunda keçirilən oyunda hesabı qonaqlar açıb. Oyunun 14-ci dəqiqəsində Lakazett fərqlənib - 0:1. Matçın 39-ci dəqiqəsində Ayoze Perez hesabı bərabərləşdirib -1:1. Birinci hissə bu hesabla başa çatıb. Fasilədən sonra üstünlüyü əla alan meydan sahibləri 68-ci dəqiqədə istəklərinə nail olublar, Mat Ritmi adını tabloya yazdırıb - 2:1. Oyun bu hesabla başa çatıb.
Bu qələbədən sonra "Nyukasl" 41 xalla 10-ci pilləyə yüksəlib, "Arsenal" 54 xalla 6-ci sıradadır.
Digər oyunda "Mançester Yunayted" "Vest Bronviç" klubunu qəbul edib. Oyun qonaqların 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllifi J.Rodrigez olub.
Bu məğlubiyyətdən sonra "Mançester Yunayted" 74 xalla turnir cədvəlində birinci yerə yüksəlmək şansını itirib və "Mançester Siti" 87 xalla sona 5 tur qalmış vaxtından əvvəl çempion olub.
"Vest Bronviç" 24 xalla 20-ci yerdədir, "Mançester Yunayted" isə 71 xalla ikincisi.
Çempionatın 34 turundan sonra turnir cədvəlinə 87 xalla "Mançester Siti" başçılıq edir, "Mançester Yunayted" 71 xalla ikinci, "Liverpul" isə 70 xalla üçüncü yerdədir.