İNNOVASİYA YÖNÜMLÜ ELMİ YENİLİKLƏRİN KATALOQU ÇAP OLUNACAQDIR
İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin direktoru Samir Nuriyev AZƏRTAC-a bildirmişdir ki, AMEA-nın, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, ABŞ-ın Mülki Araşdırmalar və İnkişaf Fondunun birgə keçirdikləri “Azərbaycanda innovasiya sahibkarlığının dəstəklənməsi” elmi-praktiki konfransı ölkə sahibkarlarını bir yerə toplayıb onların arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədini daşıyır.
Tədbirdə alimlərimiz öz ixtiraları barədə danışacaq, innovasiya yönümlü 10 layihənin təqdimatını keçirəcəklər. İş adamları həmin layihələrin biznes sahəsində tətbiqi imkanları barədə fikirlərini söyləyəcəklər.
Sonra alimlərimizin layihələri yenidən təhlil olunacaq, onların arasından layiqli innovasiya yönümlü elmi yeniliklər seçiləcəkdir. Bu layihələrin kataloqu çap olunacaqdır. Biz cari ilin noyabrında həmin kataloqun təqdimatını nəzərdə tutmuşuq. Kataloqun nüsxələri iş adamlarına paylanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]