İnsan Hüquqları Günü ilə bağlı ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib
Bakı, 19 iyun, AZƏRTAC
Vəkillər Kollegiyası tərəfindən 18 İyun - İnsan Hüquqları Günü münasibətilə Quba və Masallı rayonlarında vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.
Aksiya zamanı Quba və Masallı rayon Vəkil büroları tərəfindən 24 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, mülki, inzibati və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub.
Müraciətlərin böyük hissəsi torpaq, pensiya hüququ, sosial təminat, əmək,nikahın pozulması ilə bağlı hüquqi yardımın göstərilməsi olub.