“iOS 13” əməliyyat sisteminin təqdimat tarixi açıqlanıb
Bakı, 18 mart, AZƏRTAC
ABŞ-ın “Apple” şirkəti “WWDC 2019” konfransında “iOS” mobil əməliyyat sisteminin 13-cü versiyasını təqdim edəcək. Bu haqda “The Verge” nəşri yazıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədbir iyunun 3-də ABŞ-ın San-Xose Sərgi Mərkəzində keçiriləcək. Mütəxəssislərin fikrincə, yeni əməliyyat sistemində bir sıra ciddi dəyişikliklər gözlənilir. Məsələn, yeniliklərdən biri qara rəngli interfeys olacaq. "Ridus" nəşri yazır ki, belə interfeys artıq “macOS Mojave” sistemində nəzərdə tutulub, ancaq indiyədək “iPhone” və “iPad” cihazlarında yox idi.
Həmçinin şirkət süni intellekt, sağlamlıq, fitnes, əlavə reallıq sahələri və başqa istiqamətlərdə öz nailiyyətləri barəsində söz açacaq, dəvət edilmiş mütəxəssislər bir sıra praktik məşğələ və seminarlar keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]