İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2006008687 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, noyabrın 10-da AZ2006008687 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, noyabrın 10-dan sözügedən istiqrazların buraxılış şərtlərinə uyğun olaraq dövriyyə müddətinin bitməsi ilə əlaqədar nominal dəyərinin tam ödənişi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]