İqor Dodon Moldovanın NATO ilə bağlı rəsmi mövqeyini açıqlayıb
Kişineu, 5 sentyabr, AZƏRTAC
Moldova neytral ölkədir, hər hansı hərbi bloka, o cümlədən NATO-ya daxil olmaq məsələsinə baxmır.
AZƏRTAC xəbər verir ki, bu fikri Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə Moldova Prezidenti İqor Dodon söyləyib.
İqor Dodon qeyd edib ki, ölkənin neytrallığı Konstitusiyada əksini tapıb və bu, Moldovanın xarici siyasətinin əsas prioritetidir.
“Əsas məqsədimiz qarşılıqlı anlaşma fonunda bütün beynəlxalq tərəfdaşlarımızla mehriban münasibətləri inkişaf etdirməkdir. Biz Şərq və Qərbdəki bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq”, - deyə Dodon əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]