İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlum olduğu kimi, “Gəncəelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” və “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrasını təmin etmək məqsədi ilə “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyi “Gəncəelektrikşəbəkə” və “Əlibayramlıelektrikşəbəkə” açıq səhmdar cəmiyyətlərinin uzunmüddətli idarəetməyə verilməsi üzrə müsabiqələr elan etmişdi.
“Gəncəelektrikşəbəkə” və “Əlibayramlıelektrikşəbəkə” acıq səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi üzrə keçirilən müsabiqələrin hər birində iştirak etmək üçün dörd şirkət maraq ifadə edərək, ərizə və təkliflərini müsabiqə komissiyasına təqdim etmişdir.
“Gəncəelektrikşəbəkə” və “Əlibayramlıelektrikşəbəkə” açıq səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi üzrə məsləhətçi şirkətin tövsiyələri əsasında və müsabiqə komissiyasının qərarı ilə “Bakı yüksək gərginlikli elektrik avadanlıqları” SC müsabiqələrin qalibi elan olunmuşdur.
Hazırda İqtisadi İnkişaf Nazirliyi və “Bakı yüksək gərginlikli elektrik avadanlıqları” SC arasında “Gəncəelektrikşəbəkə” və “Əlibayramlıelektrikşəbəkə” ASC-lərini idarə etmək hüququna dair müqavilələrin imzalanması ilə əlaqədar danışıqlar başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:41]
Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb
- 05.06.2026 [11:40]
Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq
- 05.06.2026 [11:38]
Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb
- 05.06.2026 [11:06]
Qızıl həftəni itkilərlə başa vurur
- 05.06.2026 [11:05]
® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]