İQTİSADİ İSLAHATLAR MƏRKƏZİ HƏM DƏ ELM OCAĞIDIR
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində ölkənin iqtisadi inkişaf siyasətinin, iqtisadi təhlükəsizliyinin elmi əsaslarını hazırlamaq, islahatların strateji istiqamətlərini müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı genişləndirməklə yanaşı, akademik proqram da həyata keçirilir. Mərkəzdən müxbirimizə bildirmişlər ki, burada əyani-qiyabi aspirantura və doktorantura fəaliyyət göstərir. Müxtəlif ixtisaslar - regionların iqtisadiyyatı və məhsuldar qüvvələrin yerləşdirilməsi; xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili; dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər və sair üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Hazırda mərkəzdə 50-yə yaxın doktorant, aspirant və dissertant iqtisad elminin və ölkə iqtisadiyyatının aktual problemləri üzrə elmi araşdırmalar aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]