İqtisadiyyat nazirinin müavini Şirvanda vətəndaşları qəbul edib
Bakı, 30 yanvar, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şirvanda Hacıqabul rayonundan və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda vətəndaşların müraciət etdikləri məsələlərə qanunvericiliyə uyğun şəkildə baxılıb və aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.