İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul ediblər
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Füzulidə, Sahib Məmmədov isə İmişlidə vətəndaşları qəbul ediblər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula gələnlərin müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, daşınmaz əmlakın özəlləşdirilməsi, heyvandarlıq təsərrüfatının yaradılması, sosial və sair məsələlərlə bağlı olub.
Müraciətlər dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.