İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi könüllülər sırasına qoşulmaq istəyənlərə müraciət edib
Bakı, 9 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi könüllülər sırasına qoşulmaq istəyənlərə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil olunur. Bununla bağlı müraciətlər 12 iyun - 30 iyul tarixilərində qəbul ediləcək. Könüllülər sırasına qoşulmaq istəyənlər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə bilərlər.
Seçim zamanı dil (ingilis, rus) və kompüter biliklərinə, dövlət qulluğu vəzifələri üzrə müvafiq sertifikata malik olan şəxslərə üstünlük veriləcək.
Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail: [email protected]
Müraciət edən könüllülərin COVID-19 pasportuna və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması mütləqdir.