İqtisadiyyat Nazirliyinin əməkdaşları "Şəhidlər muzeyi"ndə olublar
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən, faciənin ildönümü ilə bağlı İqtisadiyyat Nazirliyinin tədbirlər planı təsdiqlənib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində yanvarın 16-da nazirliyin əməkdaşları "Şəhidlər muzeyi"ndə olublar.
"Həqiqət" Tarixi Araşdırmalar İctimai Birliyinin yaratdığı muzeydə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın, o cümlədən 20 Yanvar şəhidlərinin fotoları sərgilənib. İctimai Birliyin sədri Əlövsət Qasımov şəhidlərin şərəfli ömür və döyüş yolu barədə nazirliyin əməkdaşlarına ətraflı məlumat verib.