İran məhkəməsi keçmiş vitse-prezidentə qarşı ölüm hökmünü ləğv edib
Tehran, 14 avqust, AZƏRTAC
İranın Ali Məhkəməsi sabiq vitse-prezident və Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfiyə qarşı çıxarılmış ölüm hökmünü ləğv edib.
AZƏRTAC xəbər verir ki, həyat yoldaşını odlu silahla qətlə yetirdikdən sonra polisə təslim olan M.Ə.Nəcəfiyə qarşı məhkəmə ölüm hökmü qərarı vermişdi. Lakin keçmiş merin qətlə yetirdiyi həyat yoldaşının qardaşı (qaynı) Məsud Ostad “qana-qan” qanunundan istifadə etməyəcəyini və M.Ə. Nəcəfini bağışladığını bildirib. Bundan sonra işə baxan Ali Məhkəmə ölüm hökmü qərarını ləğv edib.
İran qanunlarına əsasən, qəsdən adam öldürməyin cəzası ölüm hökmüdür. Əgər qətlə yetirilənin ailəsi qətlə yetirəni bağışlayırsa, onda məhkəmə ölüm hökmünə xitam verir. Yəni, məhkum ölüm hökmündən azad olur və uzun müddətə azadlıqdan məhrum edilir. Onu da qeyd etmək lazımdır ki, qanuna əsasən bəzi hallarda qətlə yetirilənin ailəsi qətlə yetirəni bağışlamır. Bu halda məhkuma qarşı çıxarılmış ölüm hökmü icra edilir.
Xatırladaq ki, M.Ə.Nəcəfi İranın ictimai-siyasi həyatında kifayət qədər tanınmış adamdır. O uzun müddət vitse-prezident və Tehran şəhərini meri vəzifələrində çalışıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]