DÜNYA
İranda inqilabı dəstəkləmək üçün yürüşlər keçirilir
![](/files/galleryphoto/2019/3/1200x630/15741619954450222663_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15741619954337728299_1200x630.jpg)
Tehran, 19 noyabr AZƏRTAC
Bu gün İran ordusunun quru qoşunları hərbi təlimlərə başlayıb. İranın cənub və şimal regionlarında keçirilən təlimlərə tanklar və vertolyotlar da cəlb edilib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, həmçinin İranın Şərqi Azərbaycan vilayətinin Təbriz, Zəncan və digər şəhərlərində dövləti və inqilabı dəstəkləmək üçün yürüşlər keçirilir. Yürüşlərdə İranın Ali Rəhbəri Əli Xamneyinin yerlərdəki nümayəndələri nitq söyləyərək xalqı sabitliyi qorumağa, təxribatlara uymamağa çağırıblar.
Eyni zamanda, noyabrın 16-da baş verən iğtişaşlar zamanı həlak olan polis əməkdaşının dəfn mərasimi keçirilib. Mərasimdə İranın Daxili İşlər naziri və yüksək rütbəli polis generalları iştirak ediblər.
Ölkə ərazisində internetə tətbiq olunan məhdudiyyət hələlik davam edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]
Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib
- 01.07.2024 [17:10]