İranda koronavirusa yoluxma və ölüm halları artıb
Tehran, 13 aprel, AZƏRTAC
Son 24 saat ərzində İranda koronavirusdan 111 nəfər ölüb. Bununla da COVID-19-dan bu ölkədə ölənlərin ümumi sayı 4 min 585 nəfərə, yoluxanların sayı isə 73 min 303 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alan 45 min 983 nəfər sağalaraq evə buraxılıb.
Aprelin 11-dən başlayaraq İranda karantin şərtləri yumşaldılıb. Lakin Səhiyyə Nazirliyi əhaliyə diqqətli olmağa və sosial məsafə saxlamağa çağırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]