İranın Böyük Britaniyadakı səfirliyinə hücum olub
Tehran, 10 mart, AZƏRTAC
İranın Londondakı səfirliyinə hücum olub. Bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmmid Bəidinecat məlumat verib. Səfir qeyd edib ki, bıçaqla silahlanmış bir neçə gənc səfirliyin binasına hücum edərək İranın bayrağını təhqir edib.
Hücum edənlərin radikal “Şiraz” qruplaşmasının üzvləri olduqları bildirilir. Sadıq Şirazinin rəhbərliyi ilə bir sıra Avropa ölkələrində fəaliyyət göstərən bu qruplaşma İran səfirliklərinə qarşı təxribatlar törədir.
Səfir H.Bəidinecat Britaniya polisinin hücuma müdaxilə etməməsindən təəssüfləndiyini bildirib.
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın İrandakı səfirinin nazirliyə çağırılaraq nota təqdim edildiyini bildirib.
Britaniyanın səfiri təxribatçıların artıq həbs edilərək məsuliyyətə cəlb olunduğunu deyib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]