İraq-Suriya sərhədində nəzarət-buraxılış məntəqələri yaxın günlərdə açılacaq
Bakı, 18 mart, AZƏRTAC
İraq və Suriya sərhədində yerləşən nəzarət-buraxılış məntəqələri yaxın bir neçə gün ərzində açılacaq.
AZƏRTAC SANA agentliyinə istinadla xəbər verir ki, bu barədə Dəməşq şəhərində səfərdə olan İraq Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-leytenant Osman əl-Qanmi deyib.
“İraq və Suriya sərhədinin təhlükəsizliyi çox vacibdir. Sərhəddə təhlükəsizliyin təminatı İraq və Suriya ordularının vəzifəsidir. Yaxın günlərdə iki ölkə arasında sərhəd məntəqəsinin açılması ticarətin inkişafına səbəb olacaq. Biz, əsasən də İŞİD qruplaşması ilə mübarizə məsələsində Suriya ordusu ilə sıx əlaqədəyik”, - deyə general bildirib.
Martın 17-də Dəməşqə səfər edən Əl-Qanmi burada iranlı həmkarı Məhəmməd Hüseyn Baqiri və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyubla danışıqlar aparıb.
Suriyanın Bu-Kamal və İraqın Əl-Kaim yaşayış məntəqələri arasında yerləşən nəzarət-buraxılış məntəqələri 2013-cü ildə həmin rayonda İŞİD qruplaşmasına qarşı keçirilən hərbi əməliyyatlar səbəbindən bağlanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]