İRAQDA SƏFƏRDƏ OLMUŞLAR
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İraqın Vəqf və Dini İşlər Nazirliyinin dəvətilə bu ölkədə səfərdə olmuşdur.
İdarənin mətbuat xidmətinin rəhbəri hacı Akif AZƏRTAC-ın müxbirinə demişdir ki, beş gün davam edən səfərdə şeyxülislam hacı Allahşükür Paşazadənin İraqın vəqf və dini işlər naziri Əbdül Münim Əhməd Saleh ilə görüşündə iki dövlətin dini qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuş, təcrübə, mətbuat və informasiya əlaqələri yaratmaq üçün müştərək komissiya yaradılmasının vacibliyi vurğulanmışdır.
Müsəlmanların dini ehtiyaclarını ödəmək, islami dəyərləri qorumaq və inkişaf etdirmək, islam əqidəsinə zidd olan dağıdıcı cərəyanlara qarşı birgə mübarizə aparmaq, müqəddəs yerlərə ziyarətlərin təşkili işini daha da təkmilləşdirmək və mütəxəssis mübadilələri barədə geniş fikir mübadiləsi aparılmışdır. Görüşdə QMİ-nin elmi-dini şurasının sədri Vasim Məmmədəliyev, şuranın üzvləri akademik Bəkir Nəbiyev, Teymur Bünyadov və başqaları iştirak etmişlər.
Şeyxülislam hacı Allahşükür Paşazadə Bağdad Dini Elmlər Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşmüş, onların təhsili və yaşayış tərzləri ilə maraqlanmışdır.
Nümayəndə heyətinin üzvləri müqəddəs ocaqları - Kərbəla, Kufə, Nəcəf, Samarra şəhərlərini ziyarət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]