İşğala məruz Kəlbəcər...
Bakı, 2 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Kəlbəcər rayonunun işğalının iyirmi altı illiyinə həsr olunmuş “İşğala məruz Kəlbəcər” adlı tədbir təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva “Azərbaycanın qüruru Kəlbəcər”, kitabxanaçı Şəbnəm Hüseynzadə “Azərbaycanın Kəlbəcər həsrəti” adlı mühazirə ilə çıxış ediblər.
Məruzə və çıxışlarda Kəlbəcər rayonunun toponimi, coğrafiyası, əhalisi, tarixi abidələri, xüsusilə də Milli qəhrəmanları Şahlar Şükürov, Sərdar Səfərov, Yunis Nəcəfov haqqında geniş məlumatlar verilib.
Sonra “Kəlbəcərsiz 26 il” adlı kitab sərgisinə baxış keçirilib.