Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşgəncələrdən doğan iniltilərin hiss olunduğu məkan - “Siyasi repressiya qurbanları” muzeyi

İşgəncələrdən doğan iniltilərin hiss olunduğu məkan - “Siyasi repressiya qurbanları” muzeyi

Bakı, 26 dekabr, AZƏRTAC

Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov “Siyasi repressiya qurbanları” muzeyində gördükləri və ictimaiyyətdən gizlədilmiş arxiv materialları barədə təəssüratlarını AZƏRTAC-la bölüşüb.

Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında fəaliyyət göstərən “Siyasi Repressiya Qurbanları Muzeyi”, sovet dönəmində “vətən xaini” damğası vurulan minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və amansızca güllələndiyi bir məkandır.

“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abasovun təşəbbüsü ilə bir qrup müharibə veteranı “Siyasi Repressiya Qurbanları Muzeyi” ilə tanış olublar.

Repressiyaya məruz qalmış insanlar barədə ictimaiyyətin məlumatlandırılmasında əvəzsiz xidmətləri olan Mirabbas Məmmədov DSX-nin “Siyasi repressiya qurbanları” muzeyinin girişində qrupu qarşılayır və ardınca general-leytenant Fərhad Tağızadə muzeyə gələrək veteranlarla səmimi görüşür.

1920-ci ildə dövlətin balansına keçən bu bina, 1925-ci ildən başlayaraq müxtəlif vaxtlarda SSRİ-nin əsas repressiv qurumları olan AzÇK - Azərbaycan Fövqəladə Komissiyası, NKVD - Dövlət Təhlükəsizlik Nazirliyi, KQB - Dövlət Təhlükəsizlik Komitəsi fəaliyyət göstərib. Xalq arasında “KQB-nin podvalı” kimi tanınan bu binanın zirzəmisi həmin dövrdə həbs olunanların istintaq kameraları, hökm çıxarılanların güllələnməsi üçün uyğunlaşdırılmışdı.

Bu gün muzeyə çevrilən bu binanın zirzəmisində qanunsuz həbslərə etiraz və azadlığı simvolizə edən kompozisiyalar yer almış, saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı bərpa edilib. “Siyasi repressiya qurbanları” muzeyinin kiçik otaqları – karserlərdə insanlar dəhşətli işgəncələrlə məruz qalmış, günlərlə divarlarda quraşdırılan zəncirlərdən asılı vəziyyətdə saxlanılırdılar.

Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş 20-yə yaxın sənədin surəti sərgilənir.

Bakı şəhər komendantının 26 may 1920-ci il tarixli əmrində qeyd olunurdu: “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək...”.

Bu kimi sənədlərlə tanış olanda adamın tükləri biz-biz olur.

Muzeyin lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərb xadimlərinə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov və digərləri, həm də sovet Azərbaycanının hərbçiləri – generallar Cəmşid Naxçıvanski, Qambay Vəzirov və başqaları haqqında məlumat və fotoşəkillər yer alıb.

1920-ci ildən başlayan repressiyadan ilk təqib olunanlar Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və hökumət üzvləri olub. Onların bir “təqsiri” olub – “Müsavat” və ya “İttihad” partiyalarına üzvlüyü. “Müsavat” partiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin həbsi, səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəylinin, sabiq dəmir yol naziri Teymur bəy Məlik-Aslanovun və digərlərinin güllələnməsi, bir çox müsavatçıların və ittihadçıların sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqiblərinə qarşı nə qədər qəddar olduğundan xəbər verir.

Mən, DTK-nın arxiv materialına istinadən, 1920-1922-ci illərdə Azərbaycanda bolşevik işğalına qarşı gizli müqavimət hərəkatı və dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə qalxan Musavat partiyasının fəaliyyəti bəhs edən məqaləmdə bolşevik təqibləri barədə ictimaiyyətə ətraflı məlumat vermişəm.

Muzeydə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin diqqətçəkən sənədlərindən biri - 1934-cü il 1 dekabr tarixli qərarıdır. Bu qərara əsasən, terror təşkilatları və sovet hakimiyyəti işçilərinə qarşı terror aktlarına aid işlərin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dinləmələr tərəflərin iştirakı olmadan aparılmalı, bu işlər üzrə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərinə yol verilmir və ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilir.

Digər bir lövhədə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1920-ci ilin yanvarında təhsil almaq üçün Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları təqiblərə həsr edilib. Vətənə dönmüş 56 ali təhsilli mütəxəssislərdən güllələnib və sürgün edilmiş 38 gənc barədə məlumatlar, onların şəkilləri və qısa tərcümeyi-halları burada yer alıb.

Daha bir lövhə Azərbaycan Fövqəladə Komissiyasının (AzÇK) insanlıq əleyhinə olan fəaliyyətinə həsr olunub. Təqdim olunan sənəd surətlərinin içində SSRİ Ədliyyə Xalq Komissarlığının təlimatçısı İvanovun 1934-1937-ci illərdə əsassız məhkum olunmuş insanların işlərinə yenidən baxılması təklifi ilə bağlı Azərbaycan rəhbərliyinə müraciəti böyük maraq kəsb edir. Müraciətdə göstərilir ki, ilkin hesablamalara görə, həmin dövrdə Azərbaycanda 32 min şəxsin məhkumluğu ilə nəticələnmiş 11 min cinayət işinə yenidən baxılmalıdır.

Muzeydəki zirzəminin lap dərinliyində iç-içə otaqlardan ibarət, nisbətən geniş bir kamera da var. Bələdçimiz Mirabbas Məmmədov bu kameranı muzey üçün hazırlayanda döşəmədə qan izlərinin aşkarlandığını və buranın güllələnmə yeri olduğunu bildirdi. Bu kameraya gələn hər bir məhkum buradan sağ çıxmayacağını bilirdi. Kameraya gətirilən hər bir məhkum barəsində ölüm hökmü yerinə yetirildikdən sonra meyit xüsusi xərək vasitəsilə çıxarılaraq ya birbaşa dənizə atılırdı, ya da naməlum bir ərazidə basdırılırdı.

Muzey ilə tanışlıq mənə bir daha müstəqilliyimizin bərpasından sonra, 1996-cı ildə Prezident Heydər Əli¬yevin imzaladığı "Siyasi repressiya qur-ban¬larının reabilitasiyası haq¬qında" Qanununda bu hadisələrə hü¬quqi qiymət verilməsini xatırlatdı. O zaman repressiyaya məruz qalmış insanların reabilitasiyası üçün onların KQB arxivində saxlanılan dosyelərindəki sənədləri araşdırarkən insanı dəhşət bürüyürdü. Bu insanların hansı məşəqqətlərə məruz qalması ağlasığmaz idi. İndi geriyə dönüb baxanda düşünürsən ki, İlahi, gör bu “KQB podvalı” nə qədər insan fəryadlarının, atəş səslərinin, əbədi yumulan gözlərin, boğulan ədəbiyyatın və mədəniyyətin şahidi olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib