Azərbaycan Dövlət İnformasiya Agentliyi

İslamabadda Xocalı soyqırımına həsr olunan seminar keçirilib VİDEO

İslamabad, 25 fevral, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi Pakistan Milli Elmlər və Texnologiya Universiteti ilə birgə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Münaqişələr, soyqırımları, müharibələr - Bir daha olmasın. Etimadla sülh və sabitlik” mövzusunda seminar keçirib.

Tədbirdə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra universitetin rektoru Navid Zaman seminarı açaraq “Soyuq müharibə”nin bitməsi ilə dünyada sülhün bərqərar olacağına dair ümidlərin özünü doğrultmadığını, dünyanın müxtəlif yerlərində cəzasızlıqla müşayiət olunan müharibələrin və soyqırımlarının baş verdiyini, bunlardan birinin də Ermənistan tərəfindən Xocalıda törədildiyini bildirib. O, dünya ictimaiyyətinin, xüsusilə də region ölkələrinin soyqırımı və buna bənzər cinayətlərə qarşı öz səsini yüksəltməsinin vacibliyini vurğulayıb.

Azərbaycana məxsus Dağlıq Qarabağda Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin önəmli təzahürlərindən birinin ermənilərin Xocalıda törətdiyi soyqırımı olduğunu ifadə edən Pakistan Xarici İşlər Nazirliyi nəzdindəki İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin sədri, sabiq səfir Xalid Mahmud BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz tərk etməsini tələb etdiyini, lakin Ermənistanın buna məhəl qoymadığını diqqətə çatdırıb. O, beynəlxalq hüququn müəyyən etdiyi normalara əsasən, Ermənistanın Xocalıda azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsinin soyqırımı olduğunu, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında “böyük Ermənistan” xülyası ilə ermənilərin həyata keçirdiyi soyqırımı siyasətinin şahidi olduğunu qeyd edib. Direktor, həmçinin Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəklədiyini, Pakistan Milli Assambleyası və Senatının xarici işlər üzrə komitələrinin Xocalıda Ermənistanın soyqırımı törətdiyini tanıyan və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən qətnamələr qəbul etdiyini söyləyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Türkiyənin də qardaş ölkə olan Azərbaycanı tamamilə dəstəklədiyini, Ermənistanın Xocalıda törətdiyi kütləvi qırğını sərt şəkildə qınadığını bildirən Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Xocalıda və dünyanın digər bölgələrində türk və müsəlmanlara qarşı həyata keçirilən cinayətləri törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb etdiklərini vurğulayıb. Səfir Türkiyədə də Xocalını anma mərasimləri keçirildiyini, insanların bu hadisələri heç zaman unutmayacağını diqqətə çatdırıb.

Pakistan Milli Assambleyasının sabiq sədri xanım Fehmida Mirzə Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində hər zaman Azərbaycanı müdafiə etdiyini, Ermənistanı bir dövlət kimi tanımadığını, bu ölkənin Xocalıda törətdiyi soyqırımını qınadığını qeyd edərək, Azərbaycan, Pakistan və Türkiyənin eyni dəyərləri və regionda sülh və sabitliyin bərqərar olunması ilə bağlı eyni hədəfləri bölüşdüyünü vurğulayıb. Hər kəs bir daha əmin olsun ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana verdiyi dəstək davam edəcək.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və erməni iddialarının mənşəyi barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ermənilərin kütləvi şəkildə qədim Azərbaycan ərazilərinə köçürüldüyündən sonra ermənilərin təcavüzkar niyyətlərinin ortaya çıxdığını, azərbaycanlıların onlara göstərdiyi humanizmin əvəzində ermənilərin şovinizmə yuvarlanaraq Azərbaycan, İran və Türkiyədə türk və müsəlmanlara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini qeyd edib. Səfir vurğulayıb ki, ermənilərin özləri türklərə qarşı soyqırımı törədib və buna görə də arxivləri açaraq həqiqətlərin ortaya çıxarılması təklifindən boyun qaçırırlar. 1992-ci ilin fevral ayında Xocalı soyqırımını həyata keçirən, daha sonra Ermənistanın prezidenti olan Serj Sarkisyanın “Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”, - deyə müsahibələrindən birində soyqırımı törətdiklərini etiraf edib.

Səfir dünyanın bir sıra ölkələrinin artıq Xocalı soyqırımını tanıdığını və bu prosesin davam etdiyini bildirib. Diplomat deyib ki, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsi Xocalı soyqırımını tanıyıb və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınayıb. Səfir İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun fəal üzvü olduğuna görə Pakistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib.

Ə.Əlizadə yekunda dünya ictimaiyyətini Ermənistanın təcavüzkarlıq və soyqırımı siyasətini qınamağa, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal boşaltmağa, soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması və cəzalandırılmasında səyləri artırmağa çağırıb.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib. Xocalıda ermənilərin törətdiyi vəhşiliyi əks etdirən fotostendlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallardan ibarət sərgi də keçirilib. Seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

İslamabadda Xocalı soyqırımına həsr olunan seminar keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib