İslamiada: Azərbaycanın həndbolçuları Əfqanıstan millisini məğlub edib
Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, yığma B qrupundakı ikinci matçında Əfqanıstan yığması ilə üz-üzə gəlib. Konyada təşkil olunmuş görüşdə komandamız rəqibini 43:9 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qadın həndbolçulardan ibarət millimiz ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılmışdı.
Yığmamız qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]