İsmayıllıda avtomobil aşıb, sürücü ölüb VİDEO
İsmayıllı, 5 aprel, AZƏRTAC
İsmayıllı rayonunda sürücünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qoydan kənd yolunda olub. Belə ki, UAZ markalı avtomaşının sürücüsü, 57 yaşlı İsmayıllı rayon sakini Mirzəyev İrzə Ağababa oğlu həmin yolda hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü İrzə Mirzəyev hadisə yerində ölüb.
İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gəlib. Qəzanın başvermə səbəbləri araşdırılır.