İsmayıllıda bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı başlamışdır
İsmayıllı, 19 noyabr (AZƏRTAC). İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı başlamışdır.
AZƏRTAC xəbər verir ki, yarışda həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü ümumilikdə 20-dən artıq gimnast iştirak edir.
Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparır.
Çempionatda Respublika Kompleks İdman Məktəbi və “Baku Fleyms” klubunun gimnastları ilə yanaşı, “Neftçi” İSM, Bakı Gimnastika Məktəbi, “Spartak” və “Sərhədçi”nin təmsilçiləri də çıxış edirlər.
Son beş ildə Azərbaycan çempionu London Olimpiadasından sonra böyük idmanı tərk edən Aliyə Qarayeva olmuşdur. İndi isə yeni titul və qızıl medala əsas iddiaçılar ötən il analoji yarışların gümüş mükafatçıları olmuş Lalə Yusifova və Marina Durunda hesab edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]