İspaniya aptekləri saxta dərmanlara qarşı yeni Avropa sistemini dövriyyəyə buraxırlar
Madrid, 9 fevral, AZƏRTAC
Kontrafakt dərmanların qanuni təchizat sırasına düşməsinin qarşısının alınması istiqamətində Avropa normaları əsasında təsdiq edilmiş İspaniyanın Dərman Vasitələrinə Nəzarət Sistemi (SEVeM) bu gündən İspaniyanın 22 min aptekində qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, yoxlama mexanizmi dərman vasitələri qablaşdırmasına iki qurğunun - konteyneri fərdi şəkildə yoxlayan unikal identifikator və ya ikiölçülü “Datamatrix” kodu və daxili qablaşdırmada manipulyasiyaya qarşı qurğunun qoşulmasından ibarətdir.
Bu qurğular aptekdə əczaçı tərəfindən verildiyi an yoxlanılmalı və autentifikasiya edilməlidir: hər konteynerin kodu skan ediləcək və milli anbara qoşulacaq, verilən dərmanın əczaçılıq zavodundakı dərman ilə eyni olmasını təsdiqləməkdən ötrü Avropa platforması ilə sinxronlaşdırılacaq.
Əczaçılıq Kollecləri Baş Şurasının prezidenti Xesus Agilara deyib: “İspaniya çoxsaylı aptek ofislərinin mövcud olduğu ölkədir. Avropa qaydalarına vaxtında və uyğun cavab verə bilməyimiz faktı bizim üçün qürur mənbəyidir. Yeni tədbirlər vətəndaşların təhlükəsizliyi üçün əlavə bonuslar olacaq”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]