İsrail 200-dən çox insanın HƏMAS-ın əsirliyində olduğunu bildirib
Bakı, 19 oktyabr, AZƏRTAC
Dəqiqləşdirilmiş məlumatlara görə, Qəzza sektorunda HƏMAS-ın əlində azı 203 əsir var.
AZƏRTAC xəbər verir ki, “The Times of Israel” nəşri bu barədə İsrail müdafiə ordusunun (SAXAL) nümayəndəsi kontr-admiral Daniel Haqariyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, bu son rəqəmlər deyil, belə ki, SAXAL əsirlikdə olan İsrail və xarici ölkə vətəndaşları haqqında məlumatlar toplamaqda davam edir. İsrail Ordusunun nümayəndəsi, həmçinin HƏMAS-ın hücumu nəticəsində 306 hərbçinin həlak olduğunu bildirib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]