İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MOŞE KATSAVA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 aprel 2007-ci il.