İSTİLƏRİN İQLİM DƏYİŞİKLİYİ İLƏ ƏLAQƏSİ VARMI?
Son bir neçə gündə Fransada 40 nəfər istilərin qurbanı olmuşdur. Alimlərin əksəriyyəti Fransada 15, İtaliyada 20 min adamın ölümünə səbəb olmuş 2003-cü ildəki istilərin təkrar olunmasından ehtiyat etdiklərini diqqətə çəkmişlər. Atlantik okeanın digər sahilindəki Amerika Birləşmiş Ştatları və Kanadanın bəzi rayonlarında temperaturanın rekord həddə çatdığı qeyd olunmuşdur.
Alimlər son illər belə istilərin iqlim dəyişikliyi ilə əlaqədar olduğunu göstərmişlər. Amerikalı professor Bil O’Keefi gələcəkdə havaların daha da isti keçəcəyi barədə xəbərdarlıq etmişdir.
1850-ci ildən bəri temperaturun 0,7 dərəcə istiləşdiyini nəzərə çatdırmış mütəxəssislər gələcək əsrlərdə istilərin 2-5 dərəcə artacağı ehtimalını irəli sürmüşlər.
Alimlərin fikrincə planetimizdə temperaturun getdikcə yüksəlməsinin əsas səbəbi sənayenin inkişafı və ətraf mühitə həddindən artıq qaz axınıdır. İyirminci əsrdə havanın temperaturu əvvəlki əsrlərlə müqayisədə 3 dəfə artmışdır.
Alimlər gələcəkdə Yer kürəsinin qlobal istiləşmə prosesi ilə üzləşəcəyi barədə xəbərdarlıq edirlər.