Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsveçdə Əzizə Cəfərzadənin “Bakı 1501” romanı ingilis dilində nəşr olunub

İsveçdə Əzizə Cəfərzadənin “Bakı 1501” romanı ingilis dilində nəşr olunub

Stokholm, 24 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdəki “Lava” nəşriyyatında görkəmli Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin ingilis dilində “Bakı 1501” romanı işıq üzü görüb. Yazıçının əsərləri vətənpərvərlik məzmunu və tarixi irsə dərin hörməti ilə seçilir.

Nəşrin tərcüməsi və redaktəsini İsveçdə yaşayan həmvətənimiz, Höteborq Universitetinin dosenti, elmlər doktoru Səadət Kərimi tərəfindən həyata keçirilib. Kitab yazıçının oğlu Turan İbrahimin sifarişi ilə nəşr olunub. Əsərin ruhu ilə səsləşən üz qabıqlarının bədii tərtibatı yaradıcılığında köhnə Bakıya həsr olunmuş çoxsaylı əsərlərin xüsusi yer tutduğu rəssam Fuad Tahir Manafov tərəfindən hazırlanıb.

“Bakı 1501” romanında XVI əsrin əvvəllərinin hadisələri – Azərbaycanın artıq tarixi və siyasi reallıq kimi mövcud olduğu dövr əks etdirilir. Əsərdə həmin dövrün müharibələri və dini qarşıdurmaları, Səfəvilər sülaləsinin yüksəliş prosesi, qızılbaş ordusunun Şamaxıya və Bakı qalasına yürüşü, eləcə də ilk səfəvi hökmdarı – dövlət xadimi, sərkərdə və şair kimi təqdim olunan Şah İsmayıl Xətainin mürəkkəb və çoxşaxəli obrazı öz əksini tapıb.

Romanın yeni nəşri Avropa oxucusu üçün Azərbaycan tarixinin əsas səhifələrindən birini açır və adı milli ədəbiyyatda xüsusi yer tutan yazıçının bədii irsi ilə tanış olmaq imkanı yaradır. Yeni ilin yanvar ayında “Lava” nəşriyyatı kitabın geniş oxucu auditoriyası üçün rəsmi təqdimatını keçirməyi planlaşdırır.

AZƏRTAC kitab üzərində aparılan iş və onun beynəlxalq auditoriyaya çıxışı ilə bağlı ətraflı məlumat almaq məqsədilə layihənin üç iştirakçısı ilə əlaqə saxlayıb.

Turan İbrahim: Anamın romanının İsveçdə ingilis dilində nəşr olunması xəbəri məni çox sevindirdi. Qeyd etmək istərdim ki, Səadət xanım dəfələrlə Əzizə Cəfərzadənin yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edib və 2021-ci ildə Bakıda Əzizə xanımın ev-muzeyini ziyarət edərkən “Bakı 1501” romanını ingilis dilinə tərcümə etmək niyyətini açıq bəyan etmişdi. Həmin vaxt bu, səmimi bir arzu kimi səslənirdi, bu gün isə onun real həyata keçdiyini görürük.

Üz qabıqlarının vizual obrazı nəşrin bədii konsepsiyasını üzvi şəkildə tamamlayan Fuad Tahir Manafovun iki əsəri əsasında formalaşdırılıb. Qeyd etmək istərdim ki, bu, Əzizə xanımın üz qabıqları onun tərəfindən hazırlanmış artıq beşinci kitabıdır.

Bu əsər haqqında danışarkən həmişə vurğulayıram ki, bu roman, yəqin ki, Əzizə xanımın, eyni zamanda, ən çox tənqid olunan və ən çox nəşr edilən, ən çox təriflənən və sevilən əsərlərindən biridir. Mənim fikrimcə, onun xüsusi ədəbi taleyi də məhz bununla bağlıdır.

Kitabın ilk nəşrinə hazırlıq mərhələsində “Yazıçı” nəşriyyatı əsəri görkəmli tarixçimiz, akademik Ziya Bünyadova rəyə göndərmişdi. Akademik romanı yüksək qiymətləndirmiş və onun nəşrini dəstəkləmişdi ki, bu da müəllif üçün mühüm peşəkar etiraf idi.

Əsər ilk dəfə 1981-ci ildə 40 min nüsxəli tirajla nəşr olunub. Əlavə edim ki, “Aləmdə səsim var mənim” kitabından sonra çap edilən məhz bu roman yazıçının yaradıcılığında yeni mərhələnin başlanğıcı olmuş və ona geniş oxucu şöhrəti qazandırmışdır.

2015-ci ildən etibarən kitab Azərbaycanda müxtəlif nəşriyyatlar tərəfindən nəşr olunur, 2016-cı ildən isə “XAN” nəşriyyatında mütəmadi şəkildə çap edilərək bu günədək Azərbaycan və rus dillərində oxuculara təqdim edilir. 1989-cu ildə roman rus dilində 50 min nüsxəli tirajla nəşr olunub, 2019–2021-ci illərdə İranda iki dəfə köhnə əlifba ilə Azərbaycan dilində çap edilib, 2023-cü ildə isə Türkiyədə nəşr olunub.

2022-ci ildə mərhum deputat, jurnalist və ictimai-siyasi xadim Qənirə Paşayevanın təşəbbüsü ilə kitab Özbəkistanda özbək dilində nəşr edilib və Qənirə xanım nəşrin təqdimatında iştirak etmək üçün bu ölkəyə xüsusi səfər edib.

Həmçinin qeyd etmək istərdim ki, roman uşaq auditoriyası üçün sadələşdirilmiş formada Azərbaycan dilində də nəşr olunub. Bundan əlavə, əsər Misirdə ərəb dilinə tərcümə edilib və həmin tərcümə əsasında elmi tədqiqat işi yazılıb. Ərəb dilinə tərcümə tam hazır olsa da, hələlik nəşr olunmayıb və hazırda nəşriyyat axtarışı aparılır.

Səadət Kərimi: Mən Əzizə Cəfərzadə tərəfindən, eləcə də romanda təqdim olunan görkəmli şairlər – Xətai, Nəsimi və Füzuli tərəfindən istifadə edilmiş bütün əsas terminləri orijinal formada saxlamağa çalışmışam. Avropa oxucusu üçün rahatlıq məqsədilə mətn həmin terminlərin mötərizələrdə və qeydlərdə izahı ilə təmin edilib.

Əminəm ki, “Bakı 1501” romanının dil və üslubunun aydınlığı, müəllif qələminin orijinallığı, milli-etnik məzmunla zəngin hadisə və süjet xətlərinin daxili dinamikası Avropa oxucusunda dərin təəssürat yarada biləcək.

Bu valehedici əsər sayəsində Avropa oxucusu Azərbaycan tarixinin əsas dövrlərindən birinə səyahət etmək və çoxsaylı hadisələrin xəyali iştirakçısına çevrilmək imkanı əldə edəcək. Əzizə Cəfərzadə tarixi yalnız faktlar və sənədlər vasitəsilə deyil, onu dövrün canlı nəfəsi ilə dolduraraq təqdim edir. “Bakı 1501” romanında xalqın etnoqrafik yaddaşının əsas xətlərinin aydın şəkildə müəyyən olunduğu bütöv və ifadəli zaman mənzərəsi yaradılıb.

Müəllifə xas bədii fantaziya ilə təsvir olunan dövrün təbii mənzərəsi və tarixi panoraması qurulur. Əsər boyu yazıçı ardıcıl və inandırıcı şəkildə Azərbaycan vətənpərvərliyi ideyalarını və Azərbaycan dilinin əhəmiyyətini ön plana çəkir.

Fuad Tahir Manafov: Uzun müddətdir ki, Milli Mədəni-Tarixi İrsin Tədqiqi Fondu Əzizə xanımın romanlarının yenidən işlənməsi və yeni bədii tərtibatını mənə həvalə edir. Onların sırasında “Səyyah”, “Cəlaliyyə”, “Aləmdə səsim var mənim” və “Vətənə qayıt” romanlarının üz qabıqları da yer alır.

Kitabın bədii tərtibatı həm maraqlı, həm də olduqca məsuliyyətli bir işdir. Roman, povest və ya oçerk zəngin və cəlbedici məzmuna malik olsa belə, bədii tərtibat oxucunun ilk təəssüratının formalaşmasında mühüm rol oynayır.

Oxucu ilə kitabın ilk təması məhz üz qabığı vasitəsilə baş verir. Sanki rəssam burada əsərin məzmunu haqqında gizli bir mesaj ötürür və bu mesaj oxucunu bütün oxu prosesi boyunca müşayiət edir.

Hakimiyyət uğrunda mübarizə, gizli saray intriqaları, düşmənlərlə qarşıdurma, torpağa və Vətənə sevgi, eləcə də əsas tarixi hadisələr “Bakı 1501” romanında böyük ustalıqla təqdim olunub və mən də məhz bunu üz qabığında əks etdirməyə çalışmışam.

Kitabın arxa üzündə yerləşdirilmiş şəkil “Şərqin qapıları”, ikinci adı ilə “Şərq” adlanır. Əsərin kompozisiyası İçərişəhərin Şərq qapılarının obrazı əsasında qurulub. Qapıların şərq istiqamətinə yönəlməsi bu adın formalaşmasına səbəb olub. İçərişəhərin vertikal kompozisiyası Şərq memarlıq üslubunun xarakterik xüsusiyyətidir.

Ümumilikdə, Əzizə xanımın bütün tarixi romanları aydın və axıcı dillə yazılıb ki, bu da oxucunun hadisələrin gedişinə asanlıqla daxil olmasına imkan yaradır. Bu baxımdan “Bakı 1501” romanı da istisna təşkil etmir. Məhz buna görə Əzizə xanımın növbəti romanının bədii tərtibatı üzərində işi səmimi maraq və peşəkar həvəslə qəbul etdim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO