İsveçin internet məkanında bu il ərzində ən populyar paylaşımlar
Stokholm, 12 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
“Medieakademin” qeyri-kommersiya assosiasiyası “Instagram”, “X” və feysbuk sosial şəbəkələrində 2023-cü il ərzində ən populyar İsveç paylaşımlarının siyahısını təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Instagram”da bu il ən populyar paylaşımlar siyahısına “Netflix”də yayımlanan “Young Royals” serialındakı rolundan sonra milyonlarla pərəstişkar qazanmış isveçli aktyor Edvin Ryudinq başçılıq edir. “QX” qala-konsertdən onun tamaşaçılar üçün bayram paylaşımı bu il 926702 reaksiya toplayıb ki, bu da siyahıda ikinci yeri tutan posta verilən reaksiyadan təxminən 3 dəfə çoxdur. Edvin Ryudinqin “Instagram”dakı postları əksər hallarda ingilis dilində yazılır, lakin “Medieakademin”in kartoqrafiyasında yalnız İsveç dilində yazılan paylaşımlar qeydə alınır.
“X” (bundan əvvəl tviter) şəbəkəsində postlara gəlincə, futbol təbii ki, ən populyar olub. Zlatan İbrahimoviçin karyerasını başa vurmaqla bağlı İsveç Futbol Assosiasiyasının vida paylaşımı 42000 reaksiya toplayıb. Bu da ikinci yeri tutan postu təxminən iki dəfə üstələyir.
“Insikt24” sağçı-radikal saytının Quranın yandırılması barədə paylaşımı izləyicilərin 319463 reaksiyasını toplayaraq feysbukda ən populyar postlar siyahısına başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:42]