RƏSMİ XRONİKA
İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Eveline Vidmer-Şlumpfa
Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-İsveçrə əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin daim inkişafı, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 iyul 2012-ci il.