İtaliya portalı Bakı Enerji Həftəsindən yazıb
Roma, 9 iyun, AZƏRTAC
İtaliyanın “Insideover” analitik-informasiya portalında Bakı Enerji Həftəsi ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın dünya enerji bazarında əhəmiyyətinin illər keçdikcə artdığı, TAP təbii qaz kəmərinin Avropa İttifaqı-Azərbaycan enerji əməkdaşlığının ən yüksək ifadəsi olduğu vurğulanıb. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin bu enerji dəhlizinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirdiyi qeyd edilib.
İyunun 1-dən 4-dək davam edən Bakı Enerji Həftəsində Azərbaycan bazarının cari investorlar və müştərilərin nəzərində cəlbediciliyini artırmaq məqsədilə silsilə tədbirlər keçirildiyi bildirilib. Bakıda forum və Şuşa şəhərində isə xüsusi sessiyanın keçirildiyi, ənənəvi enerji resurslarından tutmuş bərpa olunan enerji mənbələrinə qədər bütün növ enerji növlərinə dair müzakirələrin aparıldığı qeyd edilib. Təxminən otuzillik işğalından sonra azad edilən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən xüsusi sessiya çərçivəsində Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti, eləcə də SOCAR ilə BP və SOCAR ilə “Masdar” müqavilələr imzalayıb.
Məqalədə Bakı Enerji Həftəsinin investorlar üçün bilavasitə məlumatlılığı artırmaq imkanı yaratmaqla yanaşı, layihələrin, fəaliyyət planlarının və gələcək baxışların ictimaiyyətə təqdim edilməsi üçün mühüm platforma rolunu oynadığı vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]