İTALİYA ŞİRKƏTİ İLƏ ÜZÜMÇÜLÜK SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ POTENSİALI MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 7 aprel (AZƏRTAC). Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov İtaliyanın məşhur “Vivai Cooperativi Rauscedo” şirkətində olmuşdur.
T.Pənahov bildirmişdir ki, şirkət calaq ting istehsalı və üzüm sortlarının klon seleksiyası ilə məşğuldur. Qurumun zavodunda yüksək keyfiyyətli süfrə şərabları istehsal edilir və Avropa ölkələrinə göndərilir. Şirkətdə ildə 84 milyon calaq üzüm tingləri yetişdirilib xarici ölkələrə satılır.
Azərbaycan nümayəndəsi şirkətin mütəxəssisləri ilə ölkəmizin yerli üzüm sortlarının klon seleksiyası vasitəsilə yaxşılaşdırılması, fillokseraya davamlı calaq ting istehsalı, yerli və introduksiya olunmuş sortların, klon və hibridlərin şərabçılıq potensialının qiymətləndirilməsi sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparmışdır.
Şirkət rəhbərliyi təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətini İtaliyaya dəvət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]