İtaliya və Türkiyə saytları Azərbaycan ombudsmanının fikirlərinə istinadla xəbərlər yayıb
Roma, 3 dekabr, AZƏRTAC
İtaliya və Türkiyə kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın fikirlərinə istinadla xəbərlər yayıb.
AZƏRTAC xəbər verir ki, yazılarda Səbinə Əliyevanın Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, işğal zamanı abidələrimizin kütləvi məhvi və talan edilməsi, itkin düşmüş soydaşlarımızın taleyi barədə fikirlərinə istinad edilib.
Həmçinin ombudsmanın bu kimi insan hüquqları pozuntularına dair 14 hesabat hazırlaması barədə məlumatlara da yer verilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma