İtaliyada indiyədək ən yaxşı qorunan insan qalıqları aşkarlanıb
Roma, 19 avqust, AZƏRTAC
Bu vaxtadək ən yaxşı qorunan insan qalıqları İtaliyada aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Romada aparılan qazıntılar zamanı aşkar edilən insan qalıqlarının kölə olaraq dünyaya gələn və varlı kimi ölən 60 yaşında birinə aid olduğu bildirilib. Onun saçlarının və qulaqlarının hələ də aydın görünməsi əsas diqqəti çəkən məqamdır.
Pompey Arxeologiya Parkının yaydığı məlumata görə, şəhər mərkəzindən şərqdə, Porta Sarno nekropolunda qədim məzarda dəfn edilən və Markus Venerius Sekundioya aid olduğu bildirilən mumiyalanmış qalıqlar aşkarlanıb.
Məzarın eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhərinin sakinlərlə birlikdə vulkan külünün və lavanın altında qalmasından 10 il əvvələ aid olduğu güman edilir.
Tapıntıların Pompeydə indiyədək ən yaxşı qorunan insan qalıqları olduğu bildirilib.
Valensiya Universitetinin professoru Llorenç Alapont deyib: “Ölən insanın qismən mumiyalanmasının qəsdən olub-olmadığı araşdırılır. Toxuma analizi bu barədə daha çox məlumat əldə etməyimizə kömək edə bilər”.
İtaliyanın mədəniyyət naziri Dario Françesçini isə qeyd edib: "Pompey bizi təəccübləndirməkdə davam edir”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma