İtaliyada “Kleopatra” qasırğasının qurbanlarının sayı 16 nəfərə çatmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). “Kleopatra” qasırğasından sonra güclü leysan nəticəsində Sardiniya adasında (İtaliya) baş vermiş daşqınların qurbanlarının sayı 16 nəfərə çatmışdır.
İtaliya mülki müdafiə departamentinin rəhbəri Franko Qabrielli bu barədə “RaiNews 24” telekanalının efirində bəyanat vermişdir.
Bundan əvvəl 14 nəfərin həlak olması və yüzlərlə insanın evakuasiya edilməsi bildirilirdi. Rəsmi məlumata görə bir nəfər itkin düşmüş hesab edilir.
Məlumata görə, bu gün İtaliya Nazirlər Şurasının iclası keçiriləcək, həmin iclasda Sardiniya adasında fövqəladə vəziyyət tətbiq olunması haqqında qərar qəbul ediləcəkdir.
Olbiya və Nuoro əyalətlərində vəziyyət mürəkkəb olaraq qalır. Burada təbii fəlakət nəticəsində avtomobil və dəmir yollarında hərəkət rejimi pozulmuş, məktəblər bağlanmışdır.
Əyalətin inzibati mərkəzi Kalyari şəhərində aeroportun işində fasilələr yaranmışdır.
Romada vəziyyət nisbətən sakitdir, lakin KİV-lər Tibr çayında suyun səviyyəsinin artdığını bildirirlər.
Yaxın bir neçə gün ərzində güclü külək və leysan yağışlar səbəbindən paytaxta elektrik təchizatında fasilələr yaranacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]