İtaliyada narkotik ticarətinə görə 58 nəfər saxlanılıb
Roma, 17 oktyabr, AZƏRTAC
İtaliyada beynəlxalq narkotik ticarəti ilə məşğul olan 58 nəfər saxlanılıb, ümumilikdə 129 milyon avro dəyərində aktivlərə həbs qoyulub.
AZƏRTAC xəbər verir ki, İtaliya maliyyə polisi bütün ölkə boyu və xaricdə birgə əməliyyat keçirib. Əməliyyat beynəlxalq narkotik ticarəti, çirkli pulların yuyulması, kreditlərdən sui-istifadə və vergi fırıldaqçılığına qarşı yönəlib.
Əməliyyat zamanı İtaliya ilə İspaniya arasında narkotik ticarətinə görə 58 nəfər saxlanılıb. Təxminən 129 milyon avro dəyərində aktivlərə həbs qoyulub.
İtaliyada və xaricdə həbslərin və müsadirələrin davam etdiyi bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]