İtaliyalı bərpaçı-memar AzMİU-nun gənc tədqiqatçıları üçün seminar keçib
Bakı, 14 may, AZƏRTAC
İtaliyanın Milan Texniki Universitetinin (POLİMİ) doktorantı, bərpaçı-memar Miriam Terzoni Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) gənc tədqiqatçıları üçün seminar keçib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, mütəxəssis ölkəsində memarlıq sahəsində olan yeniliklər, elmi məqalələrə, araşdırmalara qoyulan tələblərdən söhbət açıb. Gənc tədqiqatçılara bu yolda dəstək olmağa çalışan Miriam Terzoni onları maraqlandıran məsələlərə aydınlıq gətirib, birgə fikir mübadiləsi aparıb, öz tövsiyələrini verib.
Dəyirmi masa ətrafında keçən görüşdə AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin müəllimləri də iştirak ediblər.