İtaliyalı senator: Azərbaycanda seçkilərin nəticələri ölkənin iqtisadi inkişafının bəhrəsidir
Strasburq, 25 aprel, AZƏRTAC
Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçdi, səsvermənin nəticələri xalqın iradəsini əks etdirdi. Bu cür yüksək nəticə əldə etmək ölkənin iqtisadi inkişafının bəhrəsidir.
Bu fikri italiyalı senator Sercio Divina AZƏRTAC-a açıqlamasında bildirib.
Qafqazın riskli region olduğunu deyən italiyalı parlamentari ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb. Bildirib ki, münaqişə BMT TŞ-nin məlum 4 qətnaməsi çərçivəsində diplomatik yolla həll edilməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq