İYUNDA “AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ” YATAQLARINDAN 3 MİLYON TONDAN ÇOX NEFT HASİL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) iyunda bu yataqlardan 3 milyon 400 min 392 ton neft hasil etmişdir.
Konsorsiumdan bildirmişlər ki, cari ilin 6 ayında həmin göstərici 18 milyon 983 min 46 ton olmuşdur.
İxrac marşrutları üzrə dəmir yolu ilə iyunda 124 min 279 ton, yarım ildə 574 min 107 ton, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə isə müvafiq olaraq 3 milyon 19 min 870 ton və 17 milyon 510 min 746 ton neft ixrac edilmişdir. Ceyhan limanından Azərbaycan nefti iyunda 26, yanvar-iyunda isə ümumilikdə 179 müxtəlif tutumlu tankerlərlə dünya bazarlarına yola salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]