“Julius Baer Challengers Chess Tour”: Günay Məmmədzadə 17-ci sırada qərarlaşıb
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin birinci mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu gün şahmatçımız son 4 turda mübarizə aparıb. Belə ki, o, 16-cı tur çərçivəsində ilk qarşılaşmasında çinli Çju Tsziner, növbəti turda hindistanlı Nihal Sarinə məğlub olub. 18-ci turda belaruslu Olqa Badelka üzərində qələbə qazanan şahmatçımız Çinin daha bir təmsilçisi Ley Tintseyə uduzub. Beləliklə, G.Məmmədzadə 19 turda 5,5 xal toplayaraq 17-ci sırada qərarlaşıb. Turnirin birinci mərhələsinin qalibi 15,5 xalla hindistanlı şahmatçı Rameşbabu Praqnanandha olub.
Turnirdə hər komandada 10 şahmatçı olmaqla, iki komanda mübarizə aparıb. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edib.
Qeyd edək ki, “Julius Baer Challengers Chess Tour” çərçivəsində daha 3 turnir keçiriləcək və hər mərhələ 4 gün davam edəcək. Yarışın final mərhələsi sentyabrın 9-13-də baş tutacaq. Turnirin qalibi “Play Magnus Group” flaqman seriyası olan və mükafat fondu 1,5 milyon dollar təşkil edən “Meltwater Champions Chess Tour”a vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]