Kabildə hökumət binalarının yerləşdiyi rayonda minalanmış avtomobil partladılıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Kabildə hökumət binalarının yerləşdiyi Şaş Darak rayonunda bomba yüklü avtomobil partladılıb. Hücumun hədəfi təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsi olub.
AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nasrat Rahiminin məlumatına görə, yerli vaxtla saat 10:10-da baş verən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
Hadisənin məsuliyyətini “Taliban” hərəkatı öz üzərinə götürüb.
NATO-nun mənzil qərargahı, ABŞ səfirliyi və ölkənin Müdafiə Nazirliyi də Şaş Darak rayonunda yerləşir.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]