DÜNYA
Kabildə silahlıların hospitala hücumu nəticəsində beş nəfər həlak olub VİDEO
Bakı, 12 may, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlıların hospitala hücumu nəticəsində ən azı beş mülki şəxs həlak olub, dörd nəfər isə yaralanıb.
AZƏRTAC TOLO News telekanalına istinadla xəbər verir ki, ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı hücumla əlaqəsinin olmadığını bildirib.
Bir qədər əvvəl 1TV telekanalı terrorçu-kamikadzenin xəstəxana girişində partlayış törətdiyi və ardınca naməlum silahlıların tibb müəssisəsinə hücum etdiyi barədə məlumat yayıb. Hücum zamanı personalın yalnız bir hissəsi binanı tərk edə bilib.
Hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb olunub. Hazırda xəstəxana binasında atışmanın davam etdiyi bildirilir. 1TV telekanalının məlumatına görə, hospital beynəlxalq “Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstan bölməsinin dəstəyi ilə fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]