Kaliforniya ştatının iki dairəsi ABŞ Prezidentinin administrasiyasını məhkəməyə verib
Vaşinqton, 14 avqust, AZƏRTAC
2019-cu ilin oktyabrında aşağı gəlirli və sosial təminat, ərzaq talonu, dövlət mənzili və ya Medicaid tibb proqramında iştiraka ehtiyacı olan şəxslərə müvəqqəti, yaxud daimi vizalar verilməsinin dayandırılmasına dair ABŞ Prezidenti Donald Trampın administrasiyasının yeni qaydaları qüvvəyə minəcək.
AZƏRTAC ABŞ KİV-nə istinadla xəbər verir ki, avqustun 13-də Kaliforniya ştatının San-Fransisko və Santa-Klara dairələri bu qanunun immiqrant icmalarına hücum olduğunu bildirərək məhkəməyə müraciət ediblər. Məlum olduğu kimi, Kaliforniya immiqrantların kompakt yaşadığı liberal ştatdır.
“Mercury News” qəzetinin məlumatına görə, San-Fransiskonun şəhər prokuroru Dennis Errera bəyan edib ki, bu qanunsuz qaydalar immiqrantları ittiham etməyin növbəti vasitəsidir və zəhmətsevər, qanuni mühacirlərin təqib olunmasını asanlaşdırmaqla bərabər, icmalarda qorxu və çaşqınlığa səbəb olur.
Santa-Klara dairəsinin vəkili Ceyms R.Uilyams isə bildirib ki, bu qaydalar immiqrant birliklərinin üzvlərinə zərər verəcək, onların səhiyyə xidmətləri və sosial müdafiə şəbəkələrindən istifadəsini çətinləşdirəcək. O, bu addımı “immiqrant icmalarına axmaq hücum” adlandırıb.
Kaliforniya ittihamçıları bəyan ediblər ki, yeni qaydalar onillik hüquqi ənənənin ləğvinə yönəlib və insanları sosial güzəştlərdən imtina etməyə məcbur edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]